Avropa Liqası: Türkiyə klublarının pley-offdakı rəqibləri bilindi
UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, püşkatmada 1/16 finalın cütləri bilinib.
Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib. Türkiyə təmsilçilərindən “Fənərbaxça” Belçika “Anderlext”i ilə üz-üzə gələcək. “Qalatasaray” isə Niderlandın “AZ Alkmar” komandası ilə qarşılaşacaq.
Avropa Liqası, pley-off mərhələsi
“Tvente” (Niderland) – “Budo Qlimt” (Norveç)
“Fənərbaxça” (Türkiyə) – “Anderlext” (Belçika)
“Yunion” (Belçika) – “Ayaks” (Niderland)
PAOK (Yunanıstan) – FCSB (Rumıniya)
AZ Alkmar (Niderland) – “Qalatasaray” (Türkiyə)
“Midtyulland” (Danimarka) – “Real Sosyedad” (İspaniya)
“Ferentsvaroş” (Macarıstan) – “Viktoriya” (Çexiya)
“Portu” (Portuqaliya) – “Roma” (İtaliya)
Bu mərhələnin oyunları fevralın 13-də və 20-də keçiriləcək.
“Latsio” (İtaliya), “Atletik” (İspaniya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Lion” (Fransa), “Olimpiakos” (Yunanıstan) və “Reyncers” (Şotlandiya) birbaşa 1/8 finala vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin