Avroliqada daha 4 komanda növbəti mərhələyə vəsiqə qazandı

Avropa Liqasının qrup mərhələsində bu gün 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ümumilikdə 8 qrup üzrə 16 qarşılaşma baş tutub.

Türkiyə təmsilçilərindən “Fənərbaxça” İstanbulda “Renn”i qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. B qrupunun digər qarşılaşmasında AEK (Larnaka) Kiprdə Kiyev “Dinamo”su ilə üz-üzə gəlib. Maraqlıdır ki, bu oyunda da tərəflər 3 qol vurduğu halda 1 xalla kifayətləniblər.

Qonşu ölkənin digər komandası “Trabzonspor” Serbiyada “Srvena Zvezda”nın qonağı olub və məğlubiyyətlə üzləşib. H qrupunun digər matçında – “Ferentsvaroş”la “Monako”nun görüşündə isə qalib müəyyənləşməyib.

5 turdan sonra Türkiyənin “Fənərbaxça”, İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, Fransanın “Renn”, Almaniyanın “Frayburq”, İspaniyanın “Betis” və “Real Sosyedad”, Niderlandın PSV, Macarıstanın “Ferentsvaroş” və Belçikanın “Yunion” klubları qrupdan çıxmağı təmin ediblər.

Avropa Liqası, qrup mərhələsi, 5-ci tur

27 oktyabr

A qrupu

PSV (Niderland) – Arsenal (İngiltərə) 2:0
Qol:
Verman, 56. De Yonq, 63.

Sürix (İsveçrə) – Bodo Qlimt (Norveç) 2:1
Qol:
Boraniyaşeviç, 67. Markezano, 90+4 – Pelleqrino, 45+1.

Xal: Arsenal – 12. PSV – 10. Bodo Qlimt – 4. Sürix – 3.

B qrupu

AEK (Larnaka, Kipr) – Dinamo (Kiyev, Ukrayna) 3:3
Qol: Altman, 26; 72. R.Lopes, 53 – Vanat, 45+1. Qarmaş, 82; 90+2.

Fənərbaxça (Türkiyə) – Renn (Fransa) 3:3
Qol:
Valensiya, 42. Zayç, 82. E.Mor, 88 – Quiri, 5; 30. Terrye, 16.

Xal: Fənərbaxça – 11. Renn – 11. AEK – 4. Dinamo – 1.

C qrupu

Ludoqorets (Bolqarıstan) – Betis (İspaniya) 0:1
Qol:
N.Fekir, 56.

HJK (Finlandiya) – Roma (İtaliya) 1:2
Qol:
Hetemay, 54 – Abraham, 41. Hoskonen, 62-öz qapısına.

Xal: Betis – 13. Ludoqorets – 7. Roma – 7. HJK – 1.

D qrupu

Malmö (İsveç) – Yunion (Belçika) 0:2
Qol: Teuma, 10. Amani, 42.

Union Berlin (Almaniya) – Braqa (Portuqaliya) 1:0
Qol:
Knoxe, 68-pen.

Xal: Yunion – 13. Union Berlin – 9. Braqa – 7. Malmö – 0.

E qrupu

Mançester Yunayted (İngiltərə) – Şerif (Moldova) 3:0
Qol: Dalot, 44. Reşford, 65. Ronaldo, 81.

Omoniya (Kipr) – Real Sosyedad (İspaniya) 0:2
Qol:
Navarro, 45+2. Karrikaburu, 60.

Xal: Real Sosyedad – 15. Mançester Yunayted – 12. Şerif – 3. Omoniya – 0.

F qrupu

Latsio (İtaliya) – Midtyulland (Danimarka) 2:1
Qol: Milinkoviç-Saviç, 36. Pedro, 58 – İsaksen, 8.

Şturm (Avstriya) – Feyenoord (Niderland) 1:0
Qol:
Kiteişvili, 90+3.

Xal: Latsio – 8. Şturm – 8. Feyenoord – 5. Midtyulland – 5.

G qrupu

Frayburq (Almaniya) – Olimpiakos (Yunanıstan) 1:1
Qol: Kubler, 90+3 – El Arabi, 17.

Nant (Fransa) – Qarabağ (Azərbaycan) 2:1
Qol
: Blas, 17. Qanaqo, 90+5 – Ozobiç, 56-pen.

Xal: Frayburq – 13. Qarabağ – 7. Nant – 6. Olimpiakos – 2.

H qrupu

Ferentsvaroş (Macarıstan) – Monako (Fransa) 1:1
Qol: Zakariassen, 82 – Ben Yedder, 31.

Srvena Zvezda (Serbiya) – Trabzonspor (Türkiyə) 2:1
Qol:
Katai, 37. Peşiç, 64 – Bakasetas, 39.

Xal: Ferentsvaroş – 10. Monako – 7. Trabzonspor – 6. Srvena Zvezda – 6.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button