
Avropa Liqası: “Sabah”ın 2-ci təsnifat mərhələsində potensial rəqibi bilindi
“Sabah”ın UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində potensial rəqibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi birinci təsnifat mərhələsini adlayacağı təqdirdə, növbəti raundda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin ilk oyunları 24 iyulda, cavab görüşləri isə 31 iyulda keçiriləcək. “Sabah” növbəti mərhələyə vəsiqə qazanarsa, ilk oyununu öz meydanında keçirəcək.
“Sabah” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Çelye” klubu ilə qarşılaşacaq. Komanda ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



