
Avropa Liqası: “Sabah” “Çelye”ni keçsə…
Bu gün Nyonda (İsveçrə) Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Komanda.az xəbər verir ki, püşkatma zamanı “Sabah”ın potensial rəqibi də müəyyənləşəcək. Masazır təmsilçisi birinci mərhələdə “Çelye”ni (Sloveniya) keçərsə, 2-ci tura yüksələcək.
“Sabah”ın potensial rəqibləri aşağıdakı komandalardır:
“Braqa” (Portuqaliya), “Luqano” (İsveçrə), “Legiya” (Polşa) – “Aktobe” (Qazaxıstan), AEK (Kipr) – “Partizan” (Serbiya) cütlərinin qalibləri.
İkinci mərhələnin oyunları iyulun 24-dən 31-dək keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



