
Avropa Liqası: “Sabah” bu gün “Çelye” ilə cavab oyununa çıxacaq
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sabah” bu gün Sloveniya “Çelye”si ilə cavab matçına çıxacaq.
Komanda.az xəbər verir ki, qarşılaşma Sloveniyanın Sele şəhərindəki eyniadlı stadionda baş tutacaq. Saat 22:00-da start götürəcək oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcəklər.
Komandalar arasında Bakıda baş tutan ilk oyun Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
UEFA Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
17 iyul
22:00. Çelye (Sloveniya) – Sabah
İlk oyun – 3:2
Baş hakim: Draqomir Draqanov (Bolqarıstan).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin