Avropa Liqası: “Qarabağ”ın potensial rəqibi məlum oldu
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilib və saat 16:00-da başlayıb.
Püşkatmadan əvvəl UEFA komandaları qruplara bölüb və “Qarabağ” 3-cü qrupda yer alıb. “Köhlən atlar” pley-off mərhələsində “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqasında 3-cü təsnifat mərhələsi sentyabrın 24-də, pley-off isə oktyabrın 1-də keçiriləcək.
Avropa Liqası, pley-off mərhələsi
Legiya (Polşa) – Drita (Kosovo)/Qarabağ
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin