
Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri bəlli oldu
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra məlum olub.
“Köhlən atlar” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş”unu keçə bilməsə, növbəti mərhələdə – Avropa Liqasında “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa Liqasında pley-offun ilk oyunları 18 avqustda, cavab görüşləri 25 avqustda olacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin