
Avropa Liqası: “Qarabağ”ın potensial rəqibi bilindi
UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – (Bolqarıstan) “Ludoqorets” cütünün məğlubunun potensial rəqibi müəyyənləşib.
Məğlub komanda “Petrokub” (Moldova) – TNS (Uels) cütündə qalib gələn komanda ilə qarşılaşacaq.
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin