Avropa Liqası: “Qarabağ”ın Bakıdakı oyunu ikinci oldu
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı məlum olub.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın Bakıda Sloveniya “Olimpiya”sı ilə heç-heçə (1:1) etdiyi matç bu göstəricidə ikincidir.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda 27 354 tərəfdar olub.
Ən çox tamaşaçı isə “Ayaks” (Niderland) – “Ludoqorets” (Bolqarıstan) görüşündə qeydə alınıb. Amsterdamda keçirilən matçda 50 900 nəfər tribunada əyləşib.
Səfərdə “Olimpiya”nı iki cavabsız qolla üstələyən “Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Komanda H qrupunda Almaniyanın “Bayer”, Norveçin “Molde” və İsveçin “Hakken” klubları ilə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin