Avropa Liqasında “Qarabağ”ın 11 potensial rəqibi
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki potensial rəqiblərindən 11-i dəqiqləşib.
Komanda.az xəbər verir ki, “köhlən atlar” avqustun 26-da keçiriləcək püşkatma mərasimində ikinci səbətdə yer alacaq.
İndiyədək birinci səbətdəki 8 klubdan 7-nin adına aydınlıq gəlib. Bunlar “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Braqa” (Portuqaliya), “Dinamo” (Kiyev, Ukrayna) və “Srvena Zvezda”dır (Serbiya).
Hələ ki, üçüncü səbətdə Almaniyanın “Union” (Berlin) və “Frayburq”, dördüncü səbətdə isə Belçika “Yunion” ilə Türkiyə “Trabzonspor”unun olacağı dəqiqdir.
PSV (Niderland), “Renn” (Fransa), “Monako” (Fransa) və “Real Sosyedad” (İspaniya) 2-ci səbətdə yer alacaq və “Qarabağ”a rəqib olmayacaq.
UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komanda bu gün keçiriləcək pley-off mərhələsinin cavab matçlarından sonra bəlli olacaq. Həmin oyunlardan sonra səbətlərin tərkibi tam müəyyənləşəcək.
Bizi Facebook-da izləyin