Avropa Liqası: “Qarabağ” Mahir Emrelinin komandası ilə qarşılaşa bilər

“Qarabağ”ın UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Komanda.az xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının 2-cü mərhələsində Polşa “Rakuv”una uduzsa, Avropa Liqasında 4 cütün məğlubundan biri ilə üz-üzə gələcək.

Bunlar “Luduqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya), “Aris” (Kipr) – BATE (Belarus), “Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail) və “Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan) cütləridir.

Zaqreb “Dinamo”sunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli forma geyinir.

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları 10-17 avqustda keçiriləcək. Püşkatma mərasimi bu gün saat 14:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button