Avropa Liqası: “Qarabağ” – “Lion” matçının hakimləri müəyyənləşib

Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçının təyinatları müəyyənləşib.

Komanda.az xəbər verir ki, oyun Serbiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FİFA referisi Nenad Minakoviç idarə edəcək.

Baş hakim köməkçiləri Nikola Boroviç və Başko Bozoviç olacaq. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.

UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button