Avropa Liqası: “Qarabağ” ilk oyunu səfərdə keçirəcək

UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” 1/16 final mərhələsinin püşkatmasında səpələnmişlər səbətində yer alacaq.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu ilə yanaşı, Avroliqada qrup ikinciləri olan digər 7 komanda – “Marsel” (Fransa), “Renn” (Fransa), “Roma” (İtaliya) “Sparta” (Praqa, Çexiya), “Sportinq” (Portuqaliya), “Tuluza” (Fransa) və “Frayburq” (Almaniya) səpələnmişlər səbətinə düşüb.

1/16 finalda bu komandaların rəqibləri Çempionlar Liqasında qrup 3-cüsu olan 8 komanda olacaq: “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Yanq Boyz” (İsveçrə), “Milan” (İtaliya), “Şaxtyor” (Ukrayna). Onlar səpələnməmişlər səbətində yer alıblar.

Pley-off mərhələsində eyni ölkəni təmsil edən komandalar bir-birinə rəqib ola bilməz. “Qarabağ” da daxil olmaqla, səpələnmişlər səbətindəki 8 komandanın hamısı ilk oyunu səfərdə, cavab matçını evdə keçirəcək.

İlk oyunlar 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar.

1/16 finalın püşkatma mərasimi dekabrın 18-də, UEFA-nın Nyondakı (İsveçrə) qərargahında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button