Avropa Liqası: “Qarabağ” – FCSB matçının hakimi məlum olub

Bakıda “Qarabağ”la Rumıniyanın FCSB komandaları arasında keçiriləcək UEFA Avropa Liqası oyununun təyinatları məlum olub.

Komanda.az xəbər verir ki, oyun Slovakiyadsn olan hakimlər briqadasına tapşırılıb.

Matçı FİFA referisi Filip Glova idarə edəcək.

Görüşün hakim-inspektoru isveçli Martin Hansson, UEFA nümayəndəsi isə belaruslu Natalya Vorobyova olacaq.

UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun “Qarabağ” – FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button