Avropa Liqası: “Qarabağ” Bundesliqanın lideri ilə qarşılaşacaq
“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi məlum olub.
Komanda.az xəbər verir ki, Azərbaycan çempionu bu mərhələdə Almaniya Bundesliqasının lideri “Bayer”lə (Leverkuzen) qarşılaşacaq.
“Qarabağ” ilk matçını martın 7-də evdə, cavab oyununu martın 14-də səfərdə keçirəcək.
Avropa Liqası, 1/8 final
Sparta (Çexiya) – Liverpul (İngiltərə)
Marsel (Fransa) – Vilyarreal (İspaniya)
Roma (İtaliya) – Brayton (İngiltərə)
Qarabağ (Azərbaycan) – Bayer (Almaniya)
Benfika (Portuqaliya) – Reyncers (Şotlandiya)
Frayburq (Almaniya) – Vest Hem (İngiltərə)
Sportinq (Portuqaliya) – Atalanta (İtaliya)
Milan (İtaliya) – “Slaviya (Çexiya)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin