Avropa Liqası: “Qarabağ” bu gün potensial rəqibini tanıyacaq
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Komanda.az xəbər verir ki, saat 15:00-da başlayacaq püşkatmada Çempionlar Liqasında mübarizə aparan “Qarabağ”ın da Avropa Liqasındakı mümkün rəqibi məlum olacaq. Ağdam təmsilçisi “Ferentsvaroş” (Macarıstan) səddini keçə bilməsə, Avropa Liqasının pley-off mərhələsində aşağıdakı komandalardan biri ilə qarşılaşacaq.
Ludoqorets (Bolqarıstan) – Dinamo (Xorvatiya) cütünün məğlubu
Şerif (Moldova) – Viktoriya (Çexiya) cütünün məğlubu
Makkabi (Hayfa, İsrail) – Apollon (Kipr) cütünün məğlubu
Budo Qlimt (Norveç) – Jalgiris (Litva) cütünün məğlubu
“Qarabağ” “Ferentsvaroş”la ilk oyununu sabah Bakıda keçirəcək. Görüş saat 20:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra Macarıstanda olacaq.
Avropa Liqasının pley-offunun matçları avqustun 18-də və 25-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin