Avropa Liqası: “Qarabağ” bu gün Norveç klubu ilə qarşılaşacaq
“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda səfərdə Norveçin “Bodo Qlimt” klubu ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Bodo şəhərindəki “Aspmira” stadionunda baş tutacaq oyun saat 21:45-də başlayacaq.
Matçın baş hakimi portuqaliyalı Luiş Qodinyu olacaq.
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk 3 turunda “Tottenhem”ə (İngiltərə) 0:3, “Malmö”yə (İsveç) 1:2, “Ayaks”a (Niderland) 0:3 hesabı ilə məğlub olub.
UEFA Avropa Liqası
Liqa mərhələsi, 4-cü tur
7 noyabr
21:45. Bodo Qlimt (Norveç) – Qarabağ
Baş hakim: Luiş Qodinyu (Portuqaliya)
Bodo, “Aspmira” stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin