“Qarabağ” “Braqa”ya səfərdə qalib gəldi
“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Komanda.az xəbər verir ki, “köhlən atlar” Portuqaliyada “Braqa” ilə qarşılaşıb.
Danimarkadan olan Morten Kroq idarə etdiyi oyun Ağdam klubu üçün uğurlu alınıb. Altı qolun qeydə alındığı matçda Azərbaycan çempionu inamlı qələbəyə sevinib.
Komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Avropa Liqası, pley-off mərhələsi, ilk oyun
15 fevral
Braqa (Portuqaliya) – Qarabağ (Azərbaycan) 2:4
Qol: Simon Banza, 44. Joao Moutinyo, 90+1-pen – Marko Yankoviç, 21-pen. Abdullah Zubir, 54; 69. Olavio Juninyo, 65.
Baş hakim:Morten Kroq (Danimarka).
Braqa, “Estadio Municipal de Braga”
Braqa: 1. Mateus, 2. Viktor Qomes, 4. Siku Niakate, 9. Abel Ruis (k), 14. Alvaro Djalo, 15. Paulo Oliveyra, 16. Rodriqo Salasar, 18. Vitor Karvalyo, 23. Simon Banza, 26. Kristian Borxa, 28. Joao Moutinyo.
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukaş Horniçek, 5. Sərdar Saatçı, 6. Xose Fonte, 10. Şer Ndur, 11. Rocer Fernandes, 17. Yosafat Mendes, 20. Roni Lopes, 22. Pissi, 55. Çissumba, 59. Yan Said, 90. Djibril Sumare.
Baş məşqçi: Artur Jorje.
Qarabağ: 99. Andrey Lunyov, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 44. Elvin Cəfərquliyev. 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 65. Patrik Andrade, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Bizi Facebook-da izləyin