“Qarabağ” “Bayer”lə oyunda qələbəni əldən verdi
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 final mərhələsi çərçivəsində Almaniya Bundesliqasının lideri “Bayer”lə üz-üzə gəlib.
Leverkuzen təmsilçisinə qrup mərhələsində iki dəfə uduzan (1:5, 0:1) “Qarabağ” doğma divarlar arasında güclü rəqibi büdrətməyə çalışıb. Dörd qolun qeydə alındığı qarşılaşmada Ağdam klubu qələbəni əldən verib.
Bu komandalar arasında cavab oyunu martın 14-də Leverkuzendə keçiriləcək.
Avropa Liqası, 1/8 finalın ilk oyunu
7 mart
Qarabağ – Bayer 2:2
Qol: Yassin Benzya, 26. Olavio Juninyo, 45+2 – Florian Virts, 70. Patrik Şik, 90+2.
Baş hakim: Benua Bastyen (Fransa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Qarabağ: 99. Andrey Lunyov, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Juninyo, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Bayer: 17. Matey Kovar, 4. Conatan Ta, 6. Odilon Kossunu, 8. Robert Andrix, 9. Borxa İqlesias, 12. Edmond Tapsoba, 19. Natan Tella, 20. Alexandro Qrimaldo, 21. Amin Adli, 23. Adam Hlojek, 25. Esekyel Palasios.
Ehtiyat oyunçular: 1. Lukas Hradeçki, 36. Niklas Lomb, 2. Yosip Stanişiç, 3. Pyero İnkapye, 7. Yonas Hofmann, 10. Florian Virts, 13. Patrik Şik, 30. Jeremi Frimponq, 32. Qustavo Puerta, 34. Qranit Caka.
Baş məşqçi: Xabi Alonso.
Bizi Facebook-da izləyin