Avropa Liqası: “Qalatasaray” “Barselona” ilə qarşılaşacaq!
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyənin “Qalatasaray” klubunun da rəqibi məlum olub. İstanbul təmsilçisi 1/8 finalda İspaniyanın “Barselona” komandası ilə qarşılaşacaq. “Sarı-qırmızılar” ilk oyunu səfərdə keçirəcək.
UEFA Avropa Liqası, 1/8 final
“Srvena Zvezda” (Serbiya) – “Reyncers” (Şotlandiya)
“Braqa” (Portuqaliya) – “Monako” (Fransa)
“Portu” (Portuqaliya) – “Lion” (Fransa)
“Atalanta” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya)
“Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə)
“Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə)
“Leyptsiq” (Almaniya) – “Spartak” (Moskva, Rusiya)
“Betis” (İspaniya) – “Ayntraxt” (Frankfurt, Almaniya)
İlk oyunlar martın 10-da, cavab görüşləri martın 17-də keçiriləcək.
Bizi Facebook-da izləyin