Avropa Liqası: “Qəbələ” – “Dinamo” matçı şotlandlara tapşırıldı

Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qəbələ” – “Dinamo” (Tbilisi) matçının təyinatları açıqlanıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qəbələdə keçiriləcək ilk oyunun hakimləri Şotlandiyadan olacaq. Matçın baş hakimi Nikolas Uolş olacaq, ona Alan Mulvanni və Cordon Stoko kömək edəcək. Dördüncü hakim funksiyasını isə Qavin Dunkan yerinə yetirəcək.

Oyunun UEFA nümayəndəsi Hay Hoetals (Belçika), hakim-inspektor Mixalis Mitas (Kipr) olacaq.

İyulun 25-də Qəbələdə keçiriləcək “Qəbələ” – “Dinamo” matçı saat 19:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə bir həftə sonra Tbilisidə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button