Avroliqa: “Arsenal” pley-offda!

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turdan təxirə salınmış oyun keçirilib.

Komanda.az xəbər verir ki, London “Arsenal”ı İngiltərədə Niderlandın PSV komandasını qəbul edib.

A qrupu çərçivəsində baş tutan bu oyunun taleyini bir qol həll edib. Yeganə qolu 71-ci dəqiqədə Qranit Caka qonaqların qapısından keçirib.

“Topçular” bu qələbədən sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirlər. Britaniya təmsilçisi pley-off-a vəsiqəni təmin edib. 7 xalı olan Eyndhoven təmsilçisi isə 2-ci pillədə qərarlaşıb. 

A qrupunda Norveçin “Bodo Qlimt” və İsveçrənin “Sürix” komandaları da mübarizə aparır.

Avropa Liqası
A qrupu

20 oktyabr

Arsenal (İngiltərə) – PSV (Niderland) 1:0
Qol
: Qranit Caka, 71.

Xal: Arsenal – 12, PSV – 7 xal, Bodo Qlimt – 4, Sürix – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button