Avropa Liqası: Pley-off mərhələsinin püşkü atıldı
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, püşk Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqiblərinin adına aydınlıq gətirib.
Pley-offun bütün cütləri belədir:
Avropa Liqası, pley-off mərhələsi
Dnepr-1 (Ukrayna) – AEK (Kipr)/Partizan (Serbiya) cütünün qalibi
Gent (Belçika) – Omoniya (Kipr)
Austriya (Avstriya) – Fənərbaxça (Türkiyə)/Slovaçko (Slovakiya) cütünün qalibi
Linfild (Şimali İrlandiya)/Sürix (İsveçrə) cütünün qalibi – Harts (Şotlandiya)
Maribor (Sloveniya)/HJK (Finlandiya) cütünün qalibi – Silkeborq (Danimarka)
Malmö (İsveç)/Düdelanj (Lüksemburq) cütünün qalibi – Sivasspor (Türkiyə)
Ferentsvaroş (Macarıstan)/Qarabağ (Azərbaycan) cütünün məğlubu – Şemrok Rovers (İrlandiya)/Şkupi (Şimali Makedoniya) cütünün qalibi
Makkabi (Hayfa, İsrail)/Apollon (Kipr) cütünün məğlubu – Olimpiakos (Yunanıstan)/Slovan (Slovakiya) cütünün qalibi
Srvena Zvezda (Serbiya)/Pünik (Ermənistan) cütünün məğlubu – Şerif (Moldova)/Viktoriya (Çexiya) cütünün məğlubu
Ludoqorets (Bolqarıstan)/Dinamo (Zaqreb, Xorvatiya) cütünün məğlubu – Bude Qlimt (Norveç)/Jalgiris (Litva) cütünün məğlubu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin