Avropa Liqası: Daha iki oyun azarkeşsiz keçiriləcək
UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) və “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) oyunu azarkeşsiz oynanılacaq.
Komanda.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. Hər iki oyunun koronavirus epidemiyası səbəbiylə azarkeşlərə bağlı keçiriləcəyi bildirilib.
Bundan başqa, Romada keçiriləcək cavab oyunu – “Roma” – “Sevilya” qarşılaşması da eyni səbəblə boş tribunalar önündə oynanılacaq.
UEFA daha əvvəl “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) və “Kopenhagen” (Danimarka) – “Başakşəhər” (Türkiyə) matçlarının da azarkeşsiz oynanılacağını açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin