Avropa Liqası: “Neftçi” və “Səbail”in cavab oyunlarının hakimləri açıqlandı
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Neftçi” – “Speranta” (Moldova) və “Universitatya Krayova” (Rumıniya) – “Səbail” matçlarına hakim təyinatları açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Neftçi” – “Speranta” matçını Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Yulian Veynberqer olacaq. Ona Maksimilian Kolbitş və Mixael Nemets kömək edəcək. 4-cü hakim funksiyasını isə Andreas Hays yerinə yetirəcək.
“Universitatya Krayova” – “Səbail” matçını isə İslandiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Helgi Yonasson olacaq. Ona Yohan Qudmundsson və Brayngeyr Valdimarsson kömək edəcək. 4-cü hakim funskiyasını isə İvar Kristyasson yerinə yetirəcək.
Hər iki qarşılaşma iyulun 18-də keçiriləcək. “Neftçi” ilk oyunda “Speranta”nı 3:0 hesabıyla məğlub edib. “Səbail” isə “Universitatya Krayova”ya 2:3 hesabıyla məğlub olub.
Bizi Facebook-da izləyin