Avroliqa: MY “Barselona” üzərində qələbəni əldən verdi
Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, mərhələnin bütün oyunları eyni gündə keçirilib.
Ən maraqlı qarşılaşma İspaniyanın “Barselona” və İngiltərənin “Mançester Yunayted” komandaları arasında baş tutub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Turnirin favoritləri sırasında göstərilən İtaliyanın “Yuventus” klubu isə Fransanın “Nant” komandası ilə ev oyunundan heç-heçə ilə ayrılıb.
Bu raundun cavab görüşləri fevralın 23-də olacaq.
Avropa Liqası, pley-off mərhələsi
İlk oyunlar
16 fevral
“Ayaks” (Niderland) – “Union Berlin” (Almaniya) 0:0
“Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 2:2
Qol: M.Alonso, 50. Rafinya, 76 – Reşford, 52. Kunde, 59-öz qapısına.
“Zalsburq” (Avstriya) – “Roma” (İtaliya) 1:0
Qol: Kapaldo, 88.
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Renn” (Fransa) 2:1
Qol: Kriskiv, 11. Bondarenko, 45+1 – Ekambi, 59.
“Bayer” (Almaniya) – “Monako” (Fransa) 2:3
Qol: Diabi, 48. Virts, 59 – Hradeçki, 9-öz qapısına. Diatta, 74. Disasi, 90+2.
“Yuventus” (İtaliya) – “Nant” (Fransa) 1:1
Qol: Vlahoviç, 13 – Blas, 60.
“Sevilya” (İspaniya) – PSV (Niderland) 3:0
Qol: En Nesiri, 45+2. Okampos, 50. Qudel, 55.
“Sportinq” (Portuqaliya) – “Midtyulland” (Danimarka) 1:1
Qol: Koates, 90+4 – Aşur, 77.
Bizi Facebook-da izləyin