Avropa Liqası: İkinci oyun gününün ən yaxşı qolu açıqlanıb
UEFA Avropa Liqasının Liqa mərhələsinin ikinci oyun gününün ən yaxşı qolu açıqlanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, doğma meydanda Yunanıstan təmsilçisi “Olimpiakos”u qəbul edən Fransanın “Lion” klubunun futbolçusu Rayan Çerkinin qolu ən yaxşı seçilib.
“Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Lion” həmin matçda 2:0 hesabı ilə qalib gəlib.
Çexiyanın “Viktoriya” (Plzen) komandasının futbolçusu Pavel Şults ən yaxşı qola digər namizəd olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin