Avrokuboklarda həftənin ən yaxşı futbolçusu adına namizədlər

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu ada “Bayer”dən (Leverkuzen) Edmond Tapsoba, “Mançester Yunayted”dən Bruno Fernandes, “Roma”dan Paulo Dibala və “Union”dan (Belçika) Viktor Bonifase namizəddir.

Konfrans Liqasında isə namizədlər Niderlandın “AZ Alkmaar” klubundan Yesper Karlsson, “Vest Hem”dən Maykl Antonio, “Slovan”dan (Bratislava) Vladimir Vayss və “Lex”dən Antonio Miliçdir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button