Avroliqada da 1/8 finala yekun vuruldu

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, baş tutan matçlardan sonra 1/4 finalda yoluna davam edəcək 8 komanda müəyyənləşib.

Türkiyənin yeganə təmsilçisi “Fənərbaxça” İspaniyada iki cavabsız qolla məğlub olduğu “Sevilya”dan bunun revanşını almağa çalışıb. Amma İstanbul təmsilçisi qələbə qazansa da, bu, mərhələ adlamaq üçün yetərli olmayıb.

Turnirin favoritlərindən sayılan İngiltərə təmsilçiləri “Mançester Yunayted” səfər, “Arsenal” isə ev oyununa çıxıb. “Qırmızı şeytanlar” mərhələ adladığı halda, “topçular” doğma meydanda penaltilərlə uduzaraq mübarizəni dayandırıblar.

İtaliya klubları “Yuventus” və “Roma” səfərdə mərhələ adlamağa nail olublar.

Almaniyanın “Bayer” klubu doğma meydanda 2 cavabsız qolla yendiyi Macarıstan “Ferentsvaroş”una səfərdə də eyni hesabla qalib gəlib. Almaniyanın digər təmsilçisi “Union Berlin” isə Belçika “Yunion”una səfərdə 2 cavabsız qolla uduzaraq mübarizəni dayandırıb.

“Feyenord” (Niderland) da Donetsk “Şaxtyor”unu darmadağın etməklə mərhələ sevinci yaşayıb.

Avropa Liqası
1/8 finalın cavab oyunları

16 mart

Betis (İspaniya) – Mançester Yunayted (İngiltərə) 0:1
Qol
: Raşford, 56.
İlk oyun – 1:4

Fənərbaxça (Türkiyə) – Sevilya (İspaniya) 1:0
Qol
: Valensiya, 41-pen.
İlk oyun – 0:2

Feyenord (Niderland) – Şaxtyor (Donetsk, Ukrayna) 7:1
Qol
: Ximenes, 9. O.Kökcü, 24; 38-pen. İdrissi, 49; 60. Cahanbaxş, 64. Danilo, 67 – Kelsi, 87. 
İlk oyun – 1:1

Frayburq (Almaniya) – Yuventus (İtaliya) 0:2
Qol
: Vlahoviç, 45-pen. Kyeza, 90+5.
İlk oyun – 0:1

Arsenal (İngiltərə) – Sportinq (Portuqaliya) 1:1 (penaltilər 3:5)
Qol
: Caka, 19 – P.Qonsalves, 62.
İlk oyun – 2:2

Ferentsvaroş (Macarıstan) – Bayer (Almaniya) 0:2
Qol
: Diabi, 3. Adli, 81.
İlk oyun – 0:2

Real Sosyedad (İspaniya) – Roma (İtaliya) 0:0
İlk oyun – 0:2

Yunion (Belçika) – Union Berlin (Almaniya) 2:0
Qol
: Teuma, 18. Amani, 63.
İlk oyun – 3:3

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button