Avropa Liqası: Bu gün “Zirə”nin rəqibi məlum olacaq

Bu gün Nyonda (İsveçrə) Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Komanda.az xəbər verir ki, “Zirə”nin də rəqibi bu gün məlum olacaq.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komandası püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Onların potensial rəqibləri aşağıdakı komandalardır: 

“Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Krakov, Polşa), “Pafos” (Kipr) və “Pakşi” (Macarıstan).

İlk oyunlar iyulun 11 və 18-də keçiriləcək.

Püşkatma saat 17:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button