Avropa Liqası: Bu gün “Qarabağ”ın rəqibi məlum olacaq
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Komanda.az xəbər verir ki, saat 15:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə “Qarabağ”ın da rəqibi məlum olacaq. “Köhlən atlar” turnirdəki qrup birincilərindən biri ilə qarşılaşacaq. Mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer“dir (Almaniya).
Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ” ilk oyunu evdə keçirəcək. Bu mərhələnin ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.
Səpələnmişlər: “Atalanta” (İtaliya), “Brayton” (İngiltərə), “Bayer” (Almaniya), “Liverpul” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Slaviya” (Çexiya), “Vilyarreal” (İspaniya), “Vest Hem” (İngiltərə)
Səpələnməmişlər: “Milan” (İtaliya), “Benfika” (Portuqaliya), “Frayburq” (Almaniya), “Marsel” (Fransa), “Qarabağ” (Azərbaycan), “Roma” (İtaliya), “Sparta” (Çexiya), “Sportinq” (Portuqaliya)
Bizi Facebook-da izləyin