Avropa Liqası: Bu gün pley-off mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, Türkiyə klublarından “Qalatasaray” səfərdə “AZ Alkmar”ın qonağı olacaq, “Fənərbaxça” isə evdə “Anderlext”i qəbul edəcək.

“Roma” səfərdə “Portu” ilə üz-üzə gələcək.

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları fevralın 20-də keçiriləcək.

Avropa Liqası, pley-off, ilk oyunlar

13 fevral

21:45. Ferentsvaroş (Macarıstan) – Viktoriya (Çexiya)

21:45. Yunion (Belçika) – Ayaks (Niderland)

21:45. Midtyulland (Danimarka) – Real Sosyedad (İspaniya)

21:45. Fənərbaxça (Türkiyə) – Anderlext (Belçika)

00:00. Portu (Portuqaliya) – Roma (İtaliya)

00:00. Tvente (Niderland) – Budyo Qlimt (Norveç)

00:00. AZ Alkmar (Niderland) – Qalatasaray (Türkiyə)

00:00. PAOK (Yunanıstan) – FCSB (Rumıniya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button