Avropa Liqası: Finalçılar məlum oldu

Bu gün UEFA Avropa Liqasında finalçıların adları məlum olub.

Komanda.az xəbər verir ki, ilk oyunda İtaliyada “Yuventus”la 1:1 hesablı heç-heçə edən “Sevilya” bu dəfə rəqibini İspaniyada qəbul edib. Cavab görüşünün də əsas vaxtı eyni hesabla yekunlaşıb. Lakin əlavə vaxtda daha bir qol vuran “Sevilya” ikinci finalçı olub.

Yarımfinalın digər cavab matçında isə Joze Mourinyolu “Roma” Almaniyada “Bayer”lə qarşılaşıb. İlk oyunda qalib gələn İtaliya təmsilçisi səfərdəki qolsuz heç-heçənin ardından finala yüksəlib.

Avropa Liqasının final oyunu mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

UEFA Avropa Liqası, yarımfinal
Cavab oyunları

18 may

Sevilya (İspaniya) – Yuventus (İtaliya) 2:1
Qol
: Suso, 71. Lamela, 95 – Vlahoviç, 65.
Baş hakim: Denni Makkeli (Niderland)
Sevilya, “Ramon Sançes Pisxuan” stadionu
İlk oyun – 1:1

Bayer (Almaniya) – Roma (İtaliya) 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Leverkuzen, “Bay Arena”
İlk oyun – 0:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button