
Avropa Liqası: Bu gün finalçılar məlum olacaq
Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.
Komanda.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə “Atalanta” İtaliyada Fransa “Marsel”ini qəbul edəcək.
Komandalar arasındakı ilk matçda heç-heçə qeydə alınıb – 1:1.
İtaliyanın digər təmsilçisi “Roma” Almaniyada “Bayer”in qonağı olacaq. Leverkuzen təmsilçisi ilk görüşdə rəqibini iki cavabsız qolla məğlub edib.
9 may
Avropa Liqası, yarımfinal
Cavab oyunları
23:00 Atalanta (İtaliya) – Marsel ( Fransa)
İlk oyun – 1:1
23:00 Bayer (Almaniya) – Roma (İtaliya)
İlk oyun – 2:0
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin