Avropa Liqası: Bu gün 1/4 finalın ilk oyunları keçiriləcək

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Komanda.az xəbər verir ki, “Tottenhem” evdə “Ayntraxt”la görüşəcək.

“Mançester Yunayted” səfərdə “Lion”un qonağı olacaq. “Latsio” Norveçdə “Budo Qlimt”lə, “Atletik” isə səfərdə “Reyncers”lə qarşılaşacaq.

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 17-də keçiriləcək.

Avropa Liqası, 1/4 final, ilk oyunlar

10 aprel

20:45. Budo Qlimt (Norveç) – Latsio (İtaliya)

23:00. Tottenhem (İngiltərə) – Ayntraxt (Almaniya)

23:00. Lion (Fransa) – Mançester Yunayted (İngiltərə)

23:00. Reyncers (Şotlandiya) – Atletik (İspaniya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button