Avropa Liqası: Bu gün 1/4 finalın cavab oyunları keçiriləcək

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Komanda.az xəbər verir ki, keçiriləcək oyunlardan sonra yarımfinala vəsiqə qazanan komandalar müəyyənləşəcək.

“Mançester Yunayted” evdə “Lion”u qəbul edəcək. “Tottenhem” isə səfərdə “Ayntraxt”ın qonağı olacaq.

“Latsio” evdə “Budo Qlimt”lə, “Reyncers” isə İspaniyada “Atletik”lə üz-üzə gələcək.

UEFA Avropa Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.

UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları

17 aprel

23:00. Atletik (İspaniya) – Reyncers (Şotlandiya)
İlk oyun – 0:0

23:00. Mançester Yunayted (İngiltərə) – Lion (Fransa)
İlk oyun – 2:2

23:00. Ayntraxt (Frankfurt, Almaniya) – Tottenhem (İngiltərə)
İlk oyun – 1:1

23:00. Latsio (İtaliya) – Budo Qlimt (Norveç)
İlk oyun – 0:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button