“Avropa Liqası bizim üçün çox vacib turnirdir” – “Sevilya” rəsmisi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Sevilya”nın baş direktorunun müavini Xesus Arroyo açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, püşkün nəticəsini dəyərləndirib:

“Qrupu birinci pillədə başa vurmaq istəyirik. Bizi qrup oyunları çərçivəsində uzaq səfərlər gözləyir. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Amma qrupa güclü başlamaq və birinci yeri tutmaq niyyətindəyik. Unutmayaq ki, öz ölkəsinin çempionları olan komandalarla qarşılaşacağıq. Avropa Liqası bizim üçün çox vacib turnirdir. Son illərdə bu yarışa böyük əhəmiyyət verən komanda ola bilərik. Çox həyəcanlıyıq və mümkün qədər irəliləmək istəyirik”.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Sevilya” ilə yanaşı, APOEL və “Düdelanj”la birlikdə A qrupunda yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button