Avropa Liqası: “Beşiktaş”ın oyununda insident
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən “Beşiktaş” – “Slovan” matçından (2:1) sonra xoşagəlməz anlar yaşanıb.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, matçın final fitindən sonra qonaqların baş məşqçisi Yan Kozak “Beşiktaş” fanatlarına tərəf əliylə qeyri-etik jest edib və azarkeşləri söyüb.
Bunu görən “Beşiktaş”ın ehtiyat oyunçular skamyasında əyləşən futbolçular Kozaka hücum çəkiblər. Polislər insidetin böyüməsinə imkan verməyib. Kozak meydandan polisin müşaiyəti ilə çıxarılıb.
Oyunun 90+2-ci dəqiqəsində Lyayiçin penaltidən vurduğu qol “Beşiktaş”a qələbə qazandırıb. Bu məğlubiyyətlə Slovakiya təmsilçisi pley-offa çıxmaq şansını itirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin