Avroliqa: “Barselona”nı yarımfinala buraxmadılar
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Komanda.az xəbər verir ki, bu mərhələnin maraqlı oyunlarından biri İspaniyada olub. Turnirin favoritlərindən sayılan “Barselona” doğma meydanda Frankfurt “Ayntraxt”ını qəbul edib. İlk matçdakı heç-heçədən sonra tərəfləri ancaq qələbə qane edirdi. Beş qolun qeydə alındığı matçın yekununda sevinən tərəf almanlar olub.
“Atalanta” – “Leyptsiq” qarşılaşması da kifayət qədər maraqlı mübarizə vəd edirdi. Bu komandaların ilk görüşündə qalib müəyyənləşməmişdi. Cavab görüşündə inamlı qələbəyə sevinən Bundesliqa təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.
İngiltərə “Vest Hem”i Fransada Lion “Olimpik”inin qonağı olub. Bu komandaların da ilk dueli bərabərliklə başa çatmışdı. Səfərdə 3 cavabsız qolla qalib gələn ingilislər yarımfinala yüksəliblər.
Portuqaliya “Braqa”sı isə Şotlandiya “Reyncers”i ilə üz-üzə gəlib. Qonaqlar evdəki matçda minimal hesablı qələbə qazanmışdı. Cavab görüşündə inamlı qələbəyə sevinən şotlandlar yarımfinalda oynamaq hüququ qazanıblar.
Beləliklə, yarımfinalda “Vest Hem” “Ayntraxt”la, “Leyptsiq” isə “Reyncers”lə qarşılaşacaq.
UEFA Avropa Liqası, 1/4 final, cavab oyunları
14 aprel
Atalanta (İtaliya) – Leyptsiq (Almaniya) 0:2
Qol: Nkunku, 18; 87.
İlk oyun – 1:1
Barselona (İspaniya) – Ayntraxt (Frankfurt, Almaniya) 2:3
Qol: Buskets, 90+1. Depay, 90+11-pen – Kostiç, 4-pen; 67. Borre, 36.
İlk oyun – 1:1
Lion (Fransa) – Vest Hem (İngiltərə) 0:3
Qol: Dauson, 39. Rays, 44. Bouen, 48.
İlk oyun – 1:1
Reyncers (Şotlandiya) – Braqa (Portuqaliya) 3:1
Qol: Tavernye, 2; 44. Ruf, 101 – Karmo, 83.
İlk oyun – 0:1
Bizi Facebook-da izləyin