Avropa Liqası: “Barselona”dan ilk oyunda heç-heçə
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk olaraq “Leyptsiq” – “Atalanta” matçı baş tutub. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.
Xavinin gəlişindən sonra uğurlu çıxış edən “Barselona” Almaniya səfərində “Ayntraxt”ın qonağı olub. Kataloniya komandası cari mövsümdə Avropa Liqasının əsas favoriti hesab olunur. Bu komandaların da ilk oyunu bərabərliklə bitib.
Daha bir oyun İngiltərədə keçirilib. “Vest Hem” doğma meydanda “Lion”un müqavimətini qırmağa çalışıb. Amma bu oyunun da yekun nəticəsi 1:1 olub.
“Braqa” isə Portuqaliyada “Reyncers”lə üz-üzə gəlib. Günün yeganə qələbəsini də məhz “Braqa” qazanıb.
Cavab görüşləri aprelin 14-də oynanılacaq.
UEFA Avropa Liqası, 1/4 final
İlk oyunlar
7 aprel
Leyptsiq (Almaniya) – Atalanta (İtaliya) 1:1
Qol: Zappakosta, 58-öz qapısına – Muriel, 17.
Baş hakim: Maykl Oliver (İtaliya)
Braqa (Portuqaliya) – Reyncers (Şotlandiya) 1:0
Qol: A.Ruis, 40.
Baş hakim: Davide Massa (İtaliya)
Vest Hem (İngiltərə) – Lion (Fransa) 1:1
Qol: Bouen, 52 – Ndombele, 66.
Baş hakim: Feliks Şvayer (Almaniya)
Ayntraxt (Frankfurt, Almaniya) – Barselona (İspaniya) 1:1
Qol: Knauff, 48 – F.Torres, 66.
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Bizi Facebook-da izləyin