“Qarabağ”ın Avroliqadakı rəqibi məlum oldu

Futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bu mərhələnin də qalibi bir oyunun nəticəsində müəyyənləşib.

UEFA Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalan Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bu gün bilinib. Ağdam təmsilçisi “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşmalı idi. Rəqibi üzərində inamlı qələbəyə sevinən Polşa təmsilçisi “Qarabağ”ın rəqibi olub.

Püşkə əsasən, Azərbaycan təmsilçisi pley-off qarşılaşmasını rəqib meydanında – Polşada keçirməli olacaq.

UEFA Avropa Liqası
3-cü təsnifat mərhələsi

23 sentyabr

Legiya (Polşa) – Drita (Kosovo) 2:0
Qol
: Vşolek, 24. Pekhart, 43.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button