Avropa kuboku: “Vüqar Həşimov” İsrail klubu ilə qarşılaşacaq
“Vüqar Həşimov” klubu Serbiyanın Vranyatske-Bane şəhərində keçirilən şahmat üzrə Avropa kubokunda bu gün növbəti oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi 5-ci turda İsrailin “Etude Ramat Qan Dov Porat Memorial” klubu ilə üz-üzə gələcək.
Şahmatçılarımız əvvəlki dörd turda Norveçin SOSS (5,5:0,5), İsveçin “Lunds” (3,5:2,5) və İsveçrənin “Riksen” (4:2) komandalarını üstələyib, Rumıniyanın “Superçess” klubuna isə 1:5 hesabı ilə məğlub olublar.
“Vüqar Həşimov” klubu 4 turdan sonra 6 xalla 16-cı pillədə qərarlaşıb.
Ümumilikdə 84 klubun yarışdığı Avropa kubokunda 7 tur oynanılacaq. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitrovitsa”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edirlər.
Bizi Facebook-da izləyin