
Avropa kuboku: “Sabah” qrup mərhələsində ilk oyununu keçirəcək
“Sabah” bu gün FİBA Avropa kubokunun qrup mərhələsində ilk oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi Azərbaycan təmsilçisi G qrupunda Belçikanın “Spiru” komandası ilə üz-üzə gələcək.
Şarlerua şəhərindəki “Dome Şarlerua” arenasında baş tutacaq görüşün start fiti saat 22:30-da səslənəcək.
Qrupun digər oyunu Yunanıstanda, saat 21:15-də yerli “Marussi” və “Norrçepinq Dolfins” (İsveç) komandaları arasında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin