Avropa Kuboku: “Neftçi” əsas mərhələdə ilk qələbəsini qazandı

“Neftçi”nin basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununu keçirib.

Komanda.az xəbər verir ki, Bakıda Estoniyanın “Kalev” komandasını qəbul edən “ağ-qaralar” 95:84 hesablı qələbə qazanıblar.

Qarşılaşma Bakı İdman Sarayında baş tutub.

“Neftçi” ilk matçında Polşada “Trefl”ə uduzub – 63:92. I qrupunun digər görüşündə “Abşeron Lions” sabah Bakıda “Trefl”lə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button