
Avropa kuboku: “Azərreyl” 1/4 finalda Türkiyə klubu ilə görüşəcək
Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa kubokunda “Azərreyl”in qadınlardan ibarət komandasının növbəti rəqibi dəqiqləşib.
Komanda.az xəbər verir ki, təmsilçimiz 1/4 final mərhələsində “TVF Spor Lisesi Ihtisas” (Türkiyə) komandası ilə üz-üzə gələcək.
Hər iki qarşılaşma bu gün keçiriləcək. Oyunlar saat 15:15-də və 16:00-da start götürəcək.
“Azərreyl” daha əvvəl Avstriyanın “Bergstrand Beachvolleyball” və Sloveniyanın “BVC Ludus” klublarını məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin