
Avropa kuboku: Azərbaycan millisi ilk oyunda uduzdu
Azərbaycanın 3×3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa kubokunda mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda C qrupunda ilk olaraq İspaniya ilə üz-üzə gəlib. Oyun Azərbaycan yığmasının məğlubiyyəti ilə bitib – 12:20.
Komanda bu gün saat 19:15-də meydan sahibləri ilə qarşılaşacaq.
Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin