Avropa kuboku: Azərbaycan millilərindən uğurlu start

3×3 basketbol üzrə Azərbaycan milliləri Kiprin Limassol şəhərində keçirilən Avropa kubokunun seçmə mərhələsinə qələbə ilə start veriblər.

Azərbaycan Basketbol Federasiyasından Komanda.az-a verilən məlumata görə, qadınlardan ibarət yığma açılış oyununda A qrupunda yer alan Malta seçməsini əlavə vaxtda 17:15 hesabı ilə məğlub edib.

Kişilərdən ibarət milli də Maltadan güclü olub – 20:14.

Kişi basketbolçular qrupda növbəti matçlarını saat 16:50-də Kiprə qarşı keçirəcəklər.

Bundan 50 dəqiqə sonra isə qadınlardan ibarət komanda İrlandiya ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button