Avropa kuboku: Azərbaycanın 2 cüdoçusu bürünc medal qazanıb
Azərbaycanın gənc qız cüdoçulardan ibarət milli komandası Litvanın Kaunas şəhərində keçirilən Avropa kubokunda 2 medal qazanıb.
Azərbaycan Cüdo Federasiyasından (ACF) Komanda.az-a verilən məlumata görə, yığmanın iki üzvü yarışda bürünc mükafata yiyələnib.
Qızların mübarizəsində Leyla Dəmirova (48 kq) və Nigar Süleymanova (+78 kq) fəxri kürsüyə qalxıblar.
Digər cüdoçulardan Rita Əliyeva (52 kq), Pərvanə Abdullayeva (70 kq), Nərmin Əmirli (78 kq) 5-ci yeri, Gülnarə Bayramova və Nuray Quliyeva (hər ikisi 57 kq) 7-ci yeri tutublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin