Avropa kuboku: Azərbaycan millilərinin oyunlarınım təqvimi açıqlanıb

Kosovonun Priştina şəhərində keçiriləcək Avropa kubokunun təsnifat mərhələsində iştirak edəcək Azərbaycanın kişi və qadınlardan ibarət 3×3 basketbol üzrə millilərinin oyun təqvimi açıqlanıb.

Komanda.az xəbər verir ki, turnirdə mübarizəyə ilk olaraq kişi basketbolçularımız start verəcək.

Komandamızın ilk olaraq Ermənistan millisi ilə qarşılaşacaq. Qadınlardan ibarət yığmanın ilk sınağı isə Malta millisinə qarşı olacaq.

Təsnifat mərhələsi iyunun 8-dən 9-dək davam edəcək.

Oyunların təqvimi belədir:

8 iyun

11:30. Ermənistan – Azərbaycan (kişilər)
16:10. Azərbaycan – Kosova (kişilər)
17:50. Azərbaycan – Malta (qadınlar)
19:40. Kipr – Azərbaycan (kişilər)
23:20. Azərbaycan – Lüksemburq (qadınlar)
23:45. Azərbaycan – Albaniya (kişilər)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button