Konfrans Liqası: “Sumqayıt” və “Keşlə”nin oyunlarının hakimləri bilindi

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Çukariçki” (Serbiya) – “Sumqayıt” və “Soçi” (Rusiya) – “Keşlə” matçının hakimləri açıqlanıb.

Komanda.az xəbər verir ki, Belqradda keçiriləcək “Çukariçki” – “Sumqayıt” matçını İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Fedayi San olacaq. Ona yan xətt hakimləri Yonas Erni və Benyamin Çyurxer kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ştefan Xorisberqer yerinə yetirəcək.

“Soçi” – “Keşlə” matçını Albaniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Enea Yorqi olacaq. Ona yan xətt hakimləri Ridiger Çakay və Reydi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kridens Meta yerinə yetirəcək.

“Çukariçki” – “Sumqayıt” matçı iyulun 21-də, “Soçi” – “Keşlə” oyunu isə iyulun 22-də olacaq. Komandalar arasındakı cavab matçları iyulun 29-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button